Plants that clean the air best at home

content-img
Publication date: 2021-06-16

Bitkilərin evdə havanın təmizlənməsində rolu əvəzsizdir. Hamıya məlumdur ki, bu canlılar havanı oksigen ilə zənginləşdirib karbonun miqdarını azaldır. Bu göstərici bitkidən-bitkiyə dəyişilir. Bundan əlavə, bəzi bitkilər ətraf mühiti evin tikildiyi sintetik materiallar və boyaların ifraz etdiyi kimyəvi maddələrdən də təmizləmək imkanına malikdir. Bəli, əgər şəhərdə yaşayırsınızsa, sizin evinizdə də bu kimyəvi maddələr təəssüf ki, mövcuddur. Bütün bunları nəzərə alaraq sizin üçün ən yaxşı hava təmizləyicisi ola biləcək 6 bitkinin siyahısını təqdim edirik:

1.Schefflera - Bitki havanı oksigen ilə zənginləşdirməkdən əlavə havada olan kimyəvi maddələri, o cümlədən nikotin və qətranı da özünə çəkərək havanı neytrallaşdırır;

2. Dieffenbachia - Bitki stafilokok bakteriyalarını öldürməkdən əlavə havanı lak və boyaların ifraz etdiyi ksilol və toluol kimi zərərverici maddələrdən də təmizləyir;

3. Sansevieria - Elmi tədqiqatlar nəticəsində müəyyən olub ki, bitki havanı azot oksidi, formaldehid və bir sıra maddələrdən təmizləyir. Sansevieria uşaq otağında, mətbəxdə və yaşayış olan istənilən yerdə saxlanıla bilər;

4.Ficus Benjamina - Havanı tozdan və kimyəvi maddələrdən təmizləyərək oksigen ifraz edir. Həmçinin, dekorativ zahiri görünüşə də malikdir;

5. Chamedorea - Bu palma ətraf mühitin havasını təmizləməklə birlikdə nəmləndirir. Bunun nəticəsində nəfəs almaq rahatlaşır;

Bu siyahını təbii ki, yetərincə uzatmaq olar. Ancaq yuxarıda qeyd olunan bitkilər mənzilinizdə təmiz havaya xidmət etdiyi qədər, həm də interyerə kifayət qədər gözəllik qatacaq.

 

İndi isə gələk çoxları üçün əsas sayılan məqama...

Yataq və uşaq otağına hansı bitkiləri yerləşdirmək daha məsləhətlidir?

 

Cavabı isə ətraflı şəkildə aşağıda qeyd etdiyimiz uşaq və yataq otağı üçün ideal sayılan 6 bitki seçimində qeyd edirik:

1. Dacaena - Ən güclü hava filterlərindən biridir. 24/7 havanı oksigenlə təmin edərək, üstəlik toksinlərdən də azad edir; ⠀

2. Aloe - Gecə vaxtı havanı oksigenlə qidalandırır, formaldehid və benzoldan təmizləyir; ⠀

3. Sanseveria - Gecə vaxtı havanı daha effektiv təmizləyir, azot oksidindən azad edir. Mebel və boyaların ifraz etdiyi kimyəvi maddələrdən təmizləyir. Övladlarınızın sağlamlığına gecə boyunca nəzarət edir; ⠀

4. Chamedorea - Havanı nəmləndirərək nəfəs almanı asanlaşdırır, formaldegiddən təmizləyir; ⠀

5. Kalanchoe - Formaldegid və bakteriyalara qarşı əla vasitədir. Üstəlik olaraq çiçəkləri hipoallergendir; ⠀

6. Zamioculcas - Havanı benzoldan təmizləyir. Nisbi zəif işıq dərəcələrində inkişaf edir. ⠀

 

Bu bitkilərin heç birinin şirəsində zəhər olmadığı üçün tamamilə zərərsizdirlər.

 

Mənbə: Baku City Jungle