Teras Park

Teras Park
Teras Park haqqında
Layihə barədə ümumi məlumat:
  • Təhvil verilmə tarixi: 2021-ci il
  • Korpusların sayı: 5
  • Blokların sayı: 8
  • Mərtəbələrin sayı: 23
  • Kompleksdə mənzillərin sayı: 520
  • Mərtəbələrdə hər blokda mənzillərin sayı: 4-5
  • Blokda liftlərin sayı: 2-3
Mənzillərin sahəsi:
  • 1 otaqlı - 49-62 m2
  • 2 otaqlı - 75-103 m2
  • 3 otaqlı - 122- 135 m2
  • 4 otaqlı terraslı dupleks - 702 m2
  • 5 otaqlı terraslı dupleks - 344 m2
  • 6 otaqlı terraslı dupleks - 478-554 m2
Teras Park Bakıxanovda, "Aygün mall" və 252 nömrəli məktəbin yaxınlığında yerləşən yaşayış kompleksidir. 2017-ci ildə təməli qoyulan 23 mərtəbəli bina Neftçilər metrostansiyasından cəmi 10 dəqiqəlik məsafədədir. Burada mənzillərin daxili hündürlüyü 3,12 metr, mərtəbələrin ümumi hündürlüyü 3,30 metrdir.

Kompleks 13-cü mərtəbəsindən etibarən terraslı və terraslı dupleks mənzillərlə layihələndirilib.

Teras Park beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və uzunömürlü tikinti materialları, Ukrayna istehsalı armaturlar və M400 markalı betondan istifadə edilərək inşa edilir.
Teras Park yaşayış kompleksinin əsas üstünlükləri:

  • 24 saat su təchizatı və su çəni;
  • mərkəzi elektrik təchizatı və generator;
  • qaz təchizatı, yanğın təhlükəsizliyi sistemi;
  • 24 saat mühafizə sistemi və müşahidə kameraları;
  • mənzili qışda isti, yayda sərin tutan daş yun örtüyü;
  • səs, su keçirməyən, həmçinin, deformasiya olmayan kor çərçivəli PVC pəncərələr.
Həmçinin, 36 sot qapalı həyətyanı sahədə böyüklər üçün istirahət zonası, uşaqlar üçün geniş oyun meydançası və atraksionlar fəaliyyət göstərəcək. Bundan əlavə, avtomobil təhlükəsizliyi üçün 2 mərtəbəli yeraltı parkinq və parkinqdən birbaşa liftə çıxış nəzərdə tutulub. Hər sahədə sakinlərin rahatlığını düşünərək inşa edilən kompleksin 1-ci mərtəbəsində alış-veriş mərkəzləri, binanın önündə yerüstü parkinq sahəsi artıq fəaliyyət göstərir.
Özəlliklərimiz
Niyə məhz Teras Park?
Su və mərkəzi elektrik təchizatı
2 ədəd 900 kub metr həcmi olan su çənləri
Türkiyə istehsalı olan N2XH və NHXMH yanğına davamlı elektrik kabelləri:
2 ədəd 400kva EMSA dizel-generatoru
24 saat mühafizə sistemi
müşahidə kameraları;
binanın hər girişində xüsusi mühafizə əməkdaşı
PVC pəncərələr
Türkiyə istehsalı olan səs, su keçirməyən, deformasiya olmayan kor çərçivəli 70 mm-lik PVC profillər və ikiqat şüşə
Fasad örtüyü
Yanğınadavamlı, nəmişlikdən müdafiə, istilik izolyasiyası üçün daş yunu (qalınlığı 50 mm, sıxlığı 150 kq/m3) və ağlaydan istifadə edilir.
Daş yunu istiyə, soyuğa davamlı olduğu üçün enerjiyə qənaət olunur
Təhlükəsizlik
Yeraltı avtodayanacaqlarda sprinkler sistemi, yanğına davamlı qapılar, tüstü sovurma və təmiz hava basqı motorları ilə təchiz olunub.
Mərtəbələr, lift və pilləkənlərdэ xəbərdaredici detektorlar və tüstüsovurma sistemi quraşdırılıb.
Liftlər
Sharp markalı yüksəksürətli liftlərimiz səssiz və təhlükəsizdir.
Tarixçə
Biz 10 ildə hardan haraya gəldik?
2021 avqust
2021 avqust
Binanın təmir üçün tam təhvil verilməsi
2021 may
2021 may
400 mənzil satıldı
2020 mart
2020 mart
200 mənzil satıldı
2018 mart
2018 mart
Teras Park-da betonlamanın başlaması
Layihədə temperatur və nəm dəyişikliyinə qarşı yüksək müqaviməti, uzun müddət işlədilməsi xüsusiyyətləri ilə bazarda lider marka olan M400 betonu istifadə olunub.
2017 avqust
2017 avqust
İlk mənzil satıldı
2017 iyul
2017 iyul
Teras Park layihəsinin təməlinin qoyulması
Bakıxanov qəsəbəsi Sakit Qocayev,35 ünvanında 8 bloklu kompleksin fundamenti qoyuldu.
2012
2012
SR Construction şirkətinin fəaliyyətə başlaması
“23 mərtəbəli bu binanın ərsəyə gəlməsində böyük bir kollektivin əməyi var.
Biz yüksək hündürlükdə belə həyət evinin rahatlığını sakinlərə təqdim edirik: eyvanda samovar qaynada, manqal belə qoya bilərsiniz".
— Toğrul Ələkbərli
Əvvəl və sonra
Ən çox verilən suallar
Teras Park harada yerləşir?
Teras Park Bakıxanov qəsəbəsində Sakit Qocayev 35 ünvanında , "Aygün mall" və 252 nömrəli məktəbin yaxınlığında yerləşir.
Yaxınlıqda məktəb, park, bağça varmı?
Hər sahədə sakinlərin rahatlığını düşünərək inşa edilən kompleksin 1-ci mərtəbəsində Araz market və binanın önündə yerüstü parkinq sahəsi fəaliyyət göstərir. Kompleksin yaxınlığında 252 və 94 nömrəli məktəblər, bağça, aptek və Vita Med Hospitalı var. Buradan Bakı Gənclər Mərkəzi və Aygun Mall ticarət mərkəzinə cəmi 5 dəqiqəlik yoldur.
Kredit şərtləri necədir?
Teras Parkda sərfəli kredit şərtləri mövcuddur. Mənzil sahibi olmaq üçün tək şəxsiyyət vəsiqəsilə 30% ilkin ödəniş edərək 36 aylıq daxili kredit şərtlərindən faydalana bilərsiniz.
Mənzillər təmirlidir?
Teras Parkda mənzillər təmirsiz olaraq təhvil verilir. Mənzili əldə etdikdən sonra zövqünüzə görə dizayn və təmir işlərini həyata keçirə bilərsiniz.
Teraslı mənzillərin digər mənzillərdən hansı üstünlükləri var?
Kompleks 13-cü mərtəbəsindən etibarən teraslı və teraslı dupleks mənzillərlə layihələndirilib. Bu mənzillər mənzərəsinə, geniş sahəsinə və terasına görə digər mənzillərdən fərqlənir. Bu mənzillərdə axtardığınız komfortu və həyət evi ab-havasını yaşayacaqsınız.
Müştərilərimizin fikirləri ❤️
Muradov Ramil
Bank işçisi
36 aylıq kreditlə Teras Parkdan 2 otaqlı mənzil almışam. Şərtlər mənim üçün çox sərfəlidir. Binanın yanında məktəb, supermarket, alış-veriş mərkəzi, bir sözlə, istədiyim hər şey var.
Mənzilimə köçmək üçün çox səbirsizlənirəm! Çox sağ olun ki, belə bir görkəmli və keyfiyyətli bina inşa etmisiniz. Əməyi keçən hər kəsə təşəkkür edirəm.
Elçin
dövlət qulluqçusu
Fikrimcə, Teras Park öz xarici görünüşü və keyfiyyəti ilə Bakıxanovda ən gözəl layihədir. Mərkəzə yaxın, infrastrukturu əlverişli, qiymətləri də münasib.
Mənzil almaq istəyənlərə şiddətlə tövsiyə edirəm.
Anar
Biznesmen
Teras Parkdan 4 otaqlı mənzil almışam. Burda əsasən binanın görünüşü, terası, planın genişliyi diqqətimi cəlb edib. Əməkdaşların müştərilərə yanaşması professionaldır. Hətta layihə təhvil verildikdən sonra da sakinlərin problemləri ilə yaxından maraqlanırlar, onların istəklərini nəzərə alırlar.

Teras Park

Bakı şəh, Sabunçu r-nu, Bakıxanov qəs., Sakit Qocayev küç.35