Haqqımızda

SR İnşaat haqqında
“SR Construction” Azərbaycanda kommersiya və yaşayış binalarının ərsəyə gəlməsində bütün mərhələləri beynəlxalq standartlara uyğun şəkildə həyata keçirən aparıcı şirkətlərdəndir. Bura ilkin dizayn konsepsiyasından tikinti-inşaat əməliyyatlarına, satışından satış sonrası xidmətlərinə qədər bütün proseslər aiddir. Şirkətimiz həm mükəmməl arxitektura, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından diqqət çəkən "Central Towers", "Teras Park", "Oscar" və "Ahmadlı Park" kimi irimiqyaslı və gözoxşayan layihələrə imza atmışdır. Hazırda Bakının abadlaşması və gözəlləşməsində xüsusi yeri olan unikal və premium layihələrimiz şəhərin müxtəlif yerlərində insanların zövqünü oxşayır.

Sizə premium həyat standartlarını təqdim edən “SR Construction” mövcud və gələcək layihələri ilə hər zaman xidmətinizdə olacaqdır!
Binaların hazırlıq mərhələsi
Tikintilərin tamamlanma səviyyəsi daima artır.
100%
Teras Park
2021-ci ildə istismara verildi.
100%
Ahmadli Park
2023-cü ildə istismara verildi.
100%
Oscar
2023-cü ildə istismara verildi.
65%
Central Towers
A bloku
Keyfiyyət təminatımızdır
SR Construction bütün layihələrini beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və uzunömürlü tikinti materiallarından istifadə edərək inşa edir.
Şirkətin layihələrində fasad örtüyü olaraq keramoqranit, daş yun, ağlay və boyadan istifadə olunur. Bundan əlavə, mənzillərin daha gözəl, işıqlı olması üçün layihələrdə vitraj pəncərələr və şüşə balkonlara üstünlük verilir.
Prioritetlərimiz
Hər bir işdə bu 3 faktora xüsusi önəm veririk
Müştərilərə qayğı
Müştərinin məmnuniyyət və faydası bizim üçün hər zaman ön planda yer alır.
Komfortlu yaşam
Layihələrimizdə rahatlıq və komfortun müştərilərimiz üçün əlçatan olmasını hədəfləyirik.
Dayanıqlılıq
Yüksək işgüzar təcrübə və ətraf mühitə göstərilən qayğını əsas götürməklə cəmiyyətə faydalı olmağa çalışırıq.
Bizim öhdəliyimiz, sizin rahatlığınız
Sizin üçün çalışırıq
SR Construction komandası olaraq şəhərimizin ən əlverişli yerlərində həm memarlıq, həm də inşaat işlərinin keyfiyyəti baxımından fərqlənən layihələrə öz imzamızı atmışıq.
Biz ilkin dizayn konsepsiyasından tikinti-inşaat əməliyyatlarına, satışından satış sonrası xidmətlərinə qədər bütün prosesləri həyata keçirir, sakinlərın rahatlığı üçün bütün lazımi dəstəyi göstəririk.
Niyə məhz biz?
SR Construction-ı seçmək üçün səbəblər
Keyfiyyətli və dayanıqlı materiallardan istifadə
FHN-in tələblərinə, beynəlxalq norma və qaydalara uyğun olaraq S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında beton, sement, armatur, kərpic və digər inşaat materialları sınaq olunduqdan sonra istifadə olunur. Həmçinin binalarımız 8 bal və daha çox şiddətdə baş verə biləcək zəlzələlərə belə davamlıdır.
Sürətli tikinti prosesi
İnşaat prosesi peşəkar işçi heyətimiz və təcrübəli mühəndislərimiz tərəfindən tikinti norma və qaydalarına tam şəkildə əməl olunmaqla planlı şəkildə idarə olunur. Davam edən tikinti prosesi mütəmadi olaraq rəsmi qurumlar tərəfindən yoxlanılır.
Əlçatan imkanlar
Layihələrimizdəki mənzillər üçün 36 ayadək daxili kredit imkanı, eləcə də uzunmüddətli və aşağı faiz dərəcəsi ilə təklif olunan sərfəli ipoteka şərtlərimiz mövcuddur.
Əlverişli mənzil planlaması
Hər kvadratmetri ən uyğun şəkildə dəyərləndirilən mənzillərin layihə bölgüsündə memarlarımız otaqların geniş və işıqlı olmasına xüsusi diqqət yetirir. Buna görə də layihələrimizdəki mənzillər 3,44 metrədək net tavan hündürlüyü ilə fərqlənir.
İnfrastruktur
Binalarımız məktəb, park, bağça, supermarket və s. kimi infrastruktur obyektlərinə yaxındır. Bundan əlavə, komplekslərin daxilində sakinlərin rahatlığı üçün alış-veriş mərkəzi, oyun meydançası və uşaqlar üçün qapalı oyun sahəsi fəaliyyət göstərir.

Yüksək səviyyədə təchizat
Layihələrimizdə mərkəzi elektrik təchizatı və generator, qaz təchizatı; Rəqəmsal TV, internet və telefon sistemi; 24 saat su təchizatı və ehtiyat su çəni, həmçinin 7/24 mühafizə xidməti və müşahidə kameraları, yanğın təhlükəsizlik sistemi də yer alır.
Layihələrimiz
Bizim layihələrimiz Bakının əlverişli yerlərindədir.
Bizdən mənzil alanlar rahatlıqla yaşayır
Həyatınıza xoş anlar qatın
Photo by Leio
Photo by Ed
Photo by Jason
Photo by Sven
Photo by David
Photo by Hal