Ahmadli Park

Ahmadli Park
Ahmadli Park haqqında
Layihə barədə ümumi məlumat:
  • Təhvil verilmə tarixi: 2023-cü il
  • Girişlərin sayı: 3
  • Blokların sayı: 2
  • Mərtəbələrin sayı: 14
  • Kompleksdə mənzillərin sayı: 154
  • Hər mərtəbədə mənzil sayı: 5-6
  • Blokda liftlərin sayı: 2
Mənzillərin sahəsi:
  • 1 otaqlı - 54-94 m2
  • 2 otaqlı - 90-118 m2
  • 3 otaqlı - 132-188 m2
  • 4 otaqlı - 194-224 m2
  • 5 otaqlı dupleks - 385-386 m2
  • 6 otaqlı dupleks - 451-538 m2
Ahmadli Park yaşayış kompleksi

Ahmadli Park 3 korpus, 3 blokdan ibarət 14 mərtəbəli premium yaşayış kompleksidir. Əhmədli metrostansiyasına 3, şəhərə isə 10 dəqiqəlik məsafədə yerləşən və tikintisinə 2020-ci ildə başlanılan premium layihə M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşir.

"Ahmadli Park" layihəsi 3-cü mərtəbədə terraslı, 12-13-cü mərtəbələrdə isə terraslı dupleks mənzillərdən ibarət olacaq.

Daha gözəl, geniş və işıqlı olması üçün "Ahmadlı Park"da mənzillərin daxili hündürlüyü 3,12 metr, mərtəbələrin ümumi hündürlüyü isə 3,30 metrdir. Kompleksin tikintisində Ukrayna-Rusiya istehsalı armaturlar, M350 markalı beton kimi yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur.
Ahmadli Park yaşayış kompleksinin əsas üstünlükləri:

  • 24 saat su təchizatı və su çəni;
  • mərkəzi elektrik təchizatı və generator;
  • qaz təchizatı, yanğın təhlükəsizliyi sistemi;
  • 24 saat mühafizə sistemi və müşahidə kameraları;
  • mexanik keramoqranit və daş yun örtüyü;
  • mənzili qışda isti, yayda sərin tutan daş yun örtüyü;
  • səs, su keçirməyən, həmçinin, deformasiya olmayan kor çərçivəli PVC pəncərələr.

Kompleksdə yorğun iş günündən sonra və ya həftəsonu dincələ biləcəyiniz 60 sot qapalı həyətyanı sahə, həmçinin, uşaqlarınız üçün geniş oyun meydançası və atraksionlar, yeraltı parkinqdən liftə birbaşa çıxış fəaliyyət göstərəcək.
Özəlliklərimiz
Niyə məhz Ahmadli Park?
Su və mərkəzi elektrik təchizatı
2 ədəd ehtiyat su çəni
Generator
24 saat mühafizə sistemi
müşahidə kameraları;
binanın hər girişində xüsusi mühafizə əməkdaşı
PVC pəncərələr
Türkiyə istehsalı kor çərçivəli vitraj pəncərələr
Fasad örtüyü
Binanın fasadında yanğına və nəmişliyə davamlı daş yunu və möhkəm, uzunömürlü və özünəməxsus görünüşə malik keramoqranitdən istifadə olunur.
Təhlükəsizlik
Yeraltı avtodayanacaqlar sprinkler sistemi, yanğına davamlı qapılar, tüstüsovurma və təmiz hava basqı motorları ilə təchiz olunub.
Mərtəbələr, lift və pilləkənlərdə xəbərdaredici detektorlar və tüstüsovurma sistemi quraşdırılıb.
Liftlər
Avropa istehsalı olan yüksək sürətli liftlərimiz səssiz və təhlükəsizdir.
Tarixçə
2023
2023
Binanın təmir üçün tam təhvil verilməsi
2021 may
2021 may
A blokunun 8-ci mərtəbəsinə kimi betonlama işləri tamamlanıb.
2020 iyul
2020 iyul
Ahmadli Park layihəsinin təməlinin qoyulması
Məhəmməd Hadi küçəsi, 2337-ci məhəllədə, Ukrayna dairəsi və Əhmədli metrostansiyasının arasında yerləşən ərazidə binanın təməli qoyuldu.
2020 May
2020 May
İlk mənzilin satılması
2019 noyabr
2019 noyabr
Ahmadli Park layihəsinin mühəndis-memarlıq layihəsinin hazırlanması
“Çalışmışıq ki, sakinlərin rahatlığı üçün A-dan Z-yə qədər hər şeyi düşünək. Çünki bizim üçün müştəri məmnuniyyəti hər şeydən önəmlidir. Sizin üçün işləyir, sizin üçün yaradırıq."
— Aytəkin Satıcı, marketinq menecer
Əvvəl və sonra
Ən çox verilən suallar
Ahmadli Park harada yerləşir?
Ahmadli Park yaşayış kompleksi Xətai rayonunda Ukrayna dairəsi və Əhmədli metrostansiyası aralığında M. Hadi küçəsi 2337-ci məhəllədə yerləşir.
Kredit şərtləri necədir?
Ahmadli Parkda sərfəli kredit şərtləri mövcuddur. Mənzil sahibi olmaq üçün tək şəxsiyyət vəsiqəsilə 30% ilkin ödəniş edərək 36 aylıq daxili kredit şərtlərindən faydalana bilərsiniz.
Mənzillər təmirlidir?
Ahmadli Parkda mənzillər təmirsiz olaraq təhvil verilir. Mənzili əldə etdikdən sonra zövqünüzə görə dizayn və təmir işlərini həyata keçirə bilərsiniz.
Yaxınlıqda məktəb, park və mağazalar varmı?
Əlverişli ərazidə yerləşən kompleksin 1-ci mərtəbəsində market, gözəllik salonu, bərbər, idman mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Binanın yaxınlığında 254, 171 və 86 nömrəli məktəblər və yaxınlıqda Heydər Əliyev adına istirahət parkı var.
Terraslı mənzillərin digər mənzillərdən hansı üstünlükləri var?
Layihədə 3-cü mərtəbədə terraslı, 12-13-cü mərtəbələrdə isə terraslı dupleks mənzillərlə layihələndirilib. Bu mənzillər mənzərəsinə, geniş mənzil və terras sahəsinə görə digər mənzillərdən fərqlənir. Bu mənzillərdə axtardığınız komfortu və həyət evi ab-havasını yaşayacaqsınız.
Müştərilərimizin fikirləri ❤️
Günay
Mənzil alanda ilk fikir düşündüyüm şey onun yerləşməsidir. Ahmadli Park-ın yeri çox uyğundu, fikirləşdim ki, mərkəzə yaxın olduğu üçün yolda çox vaxt itirməyəcəm. Qiymətləri və kredit şərtləri də uyğun gəldi, istədiyim mənzilə sahib oldum. Mənzil almaq istəyənlərə məsləhət görərdim ki, dupleks mənzil alsınlar, çox gözəl və genişdir.
Mehman
Ahmadli Parkdan 36 aylıq kreditlə 3 otaqlı mənzil almışam. Binanın görkəmi və keyfiyyəti məni çox qane elədi, yaxşı tikilib.
Fərqanə
Bu binada mənzillərin planı xoşuma gəldi, dizayn əladır. Layihəni keyfiyyətinə və dizaynına görə hər kəsə məsləhət görürəm.

Ahmadli Park

Bakı şəh, Xətai r., M.Hadi küç., 2337-ci məh.