Ev alarkən nələrə diqqət etmək lazımdır?

content-img
Nəşr olunma tarixi: 2023-05-25

Yeni bir ev almaq həyəcan verici bir mərhələdir, dürüst olmaq gərəkirsə, çox vaxt bu, həm də streslidir.

Bu stresi azaltmaq, işinizi asanlaşdırmaq məqsədi ilə ev alarkən nəzərə alınmalı olan əsas amilləri sizin üçün hazırladıq:


1. Ev almamışdan əvvəl düşünməniz gərəkən vacib amil büdcə ilə bağlı məsələlərdir. Adətən uzun sürən bu prosesdə vaxtınızı itirməmək və enerjinizi boş yerə sərf etməmək üçün ev axtarışının əvvəlində büdcənizi düzgün müəyyən etməyiniz vacibdir.

Axtardığınız və sizə uyğun sahəyə malik mənzilin kredit şərtlərini hesablamaq istəyirsinizsə,saytımıza keçid alıb, mütəmadi olaraq yenilənən kredit kalkulyatorumuzdan istifadə edə bilərsiniz. 

2. Məkan və ətraf ərazilər necədir?
Yaşayacağınız evi seçərkən onun yerləşdiyi məkana xüsusi diqqət yetirin. Nəqliyyat imkanlarını yaxşı araşdırın. Evin yaxınlığında məktəb, xəstəxana, ticarət mərkəzləri və digər iaşə obyektlərinin olmasına da önəm verin. Bu baxımdan sizin üçün ideal Central Towers yaşayış kompleksidir. Linkə keçid edərək layihəni incələyə bilərsiniz.

3. Ev alacağınız şirkəti araşdırın, tanınmış şirkətlərdən ev almağa diqqət edin. Keçmiş layihələrini uğurla başa vurmuş şirkətləri seçin

4. Ev almadan öncə xüsusilə tikinti keyfiyyətini və binanın zəlzələyə davamlı olub-olmadığını mütləq yoxlayın.

5. İstilik və səs izolyasiyası olan evlərin həm pula qənaət etdiyi, həm də rahatlıq təklif etdiyi bir həqiqətdir! Enerji xərclərini minimuma endirmək və kənardan gələn səslərin qarşısını almaq üçün mənzillər istilik və səs izolyasiyası sistemi ilə inşa edilir. Daş yunu izolyasiya sistemi ilə inşa edilmiş mənzilləri almaq sizin üçün böyük avantaj olacaq. Daş yunu haqqında ətraflı məlumat üçün linkə keçid edin. 

6. Qərarınızı inamla verin

Ev almaq çox güman ki, verəcəyiniz ən böyük qərarlardan biridir, ona görə də prosesi tələsdirməyin. Vaxtınızı ayırın və ev alarkən bütün bu amilləri nəzərə alın.

Hər şeydən əvvəl mənzilə baxmağa başlamaq yaxşı bir fikirdir.

SR construction-ın satış təmsilçiləri sizə bu maraqlı, həyatı dəyişən səyahətə başlamağınıza hər zaman kömək etməyə hazırdır.

 

v