Faizsiz təklifimiz var!

content-img
Nəşr olunma tarixi: 2021-06-02

 

Ahmadli Park-dan faizsiz təklif!

 

Metro və şəhərə yaxınlığı ilə fərqlənən Ahmadli Park premium mənzil axtarışında olanlar üçün əsl tapıntıdır. Bir SR Construction layihəsi olan kompleks Əhmədli metrostansiyasından 3, şəhərdən isə cəmi 10 dəqiqəlik məsafə aralığında yerləşir. Ahmadli Park layihəsi alıcılara Xətai rayonunun ən geniş qapalı həyətinə malik kompleksdə 2-6 otaqlı premium, teraslı, teraslı dupleks mənzillər təklif edir. Burada 24 saat su, işıq, qaz təminatı, mühafizə sistemi və müşahidə kameralarının olması rahatlığınızın təminatıdır. Həmçinin, siz Ahmadli Park-ın 60 sot həyətyanı sahəsində istədiyiniz şəkildə istirahət edərkən, övladlarınız oyun meydançası və atraksionlarla boş vaxtlarını əyləncəli formada keçirə biləcək.

Qeyd edək ki, hal-hazırda Ahmadli Park-da 100 kv.m-dən çox olan mənzillər üçün 50% ilkin ödənişlə 36 ayadək faizsiz kredit şərtləri mövcuddur. 

7 iyul tarixinə qədər davam edən kampaniya aşağıdakı mənzillərə aiddir:

  • 2 otaqlı (100+) - 110-117 m2;
  • 3 otaqlı - 131-188 m2;
  • 4 otaqlı - 193-224 m2;
  • 5 otaqlı dupleks - 385-386 m2;
  • 6 otaqlı dupleks - 451-538 m2.

Premium mənzil sahibi olmaq üçün bu sərfəli fürsətdən yararlanmağa tələsin!

Əlaqə:  
*1144 / (+99450) 555 11 44

Ünvan:
Bakı şəh, Xətai r., M.Hadi küç., 2337-ci məh.

v