Minimalizm

content-img
Nəşr olunma tarixi: 2021-08-09

Məkandan gələn enerji
Minimalizm – interyerə genişlik və azadlıq gətirən bir üslubdur. Burada əsas ideya diqqəti əsas elementə yönəldən interyerin yaradılmasıdır.
Üslubun rəng çeşidi – sakit rənglərin, boz, qəhvəyi, qaranın müxtəlif çalarları ilə açıq tonun birləşməsidir. Əsas tələb adətən üçdən çox olmamaqla, az sayda rənglərin eyni vaxtda istifadəsidir. Fon kimi ağ rəngdən istifadə olunur və interyerin bütün rəng kompozisiyası bu kontrastın üzərində qurulur.
Səthlərin dekoru üçün daş, ağac, metal, plastik, şüşə kimi həm süni, həm də təbii materiallardan istifadə olunur. Çox vaxt xromlanmış səthlərin istifadəsinə rast gəlmək olur.
Minimalizm ilk növbədə havanın və işığın çoxluğu deməkdir, ona görə də pəncərələrin böyük olması önəmlidir. Bunun üçün panorama pəncərələr ideal variantdır. Həmçinin, pərdələr işığın süzülməsinə mane olmamalıdır. Onlardan istifadə olunduqda isə açıq, şəffaf və ya yarımşəffaf yüngül parça seçmək daha uyğundur.
Düzgün yaradılmış minimalizm interyeri hər bir əşyanı məkana, sonra isə yenilənmiş məkanı azadlıq hissinə və yaradıcılıq enerjisinə çevirir. Belə interyerdə qarışıqlıq olmur, asanlıqla hər əşyanın mahiyyəti dərk edilir və insana ilham verir.
Bu interyer üslubu sayəsində siz mənzilinizi daha geniş, dəbli və funksional hala gətirə bilərsiniz.