İnteryer trendləri: Skandinav üslubu

content-img
Nəşr olunma tarixi: 2021-06-08

Teras Park layihəmizdə mənzil sahibi olan şəxslər artıq təmir mərhələsinə keçid edib. "SR Construction"-nın mənzillərin isti, işıqlı və rahat olması üçün bu mərhələdə onlara kiçik məsləhətləri olacaq.

Hər kəsə məlumdur ki, mənzilin gözəl görünməsini zövqlə bəzədilmiş interyer üslubları təmin edir.

Belə üslublardan Minimalizm, Skandinaviya, Loft, Klassisizm mənzil üçün ideal hesab olunur. Minimalizm interyerdə genişlik və azadlığı, Loft romantikanı, Klassizm nəcibliyi, Skandinaviya üslubu isə rahatlığı təmsil edir.

Skandinaviya istifadəsi dünyada geniş yayılmış üslublardan biridir. Əsas populyarlığını XX əsrin 50-ci illərində qazanaraq, yaratdığı istilik və rahatlıq hissi sayəsində bu günlərdə də çox tələb olunandır.

Belə interyerlərdə müxtəlif çalarlarla ağ rəng üstünlük təşkil edir. Lakin bəzi hallarda əsas rəng kimi ağ rəngin əvəzinə skandinav təbiətinin açıq pastel çalarları – yaşıl, ağac, dəniz, daş rəngləri də istifadə oluna bilər. Skandinaviya interyerinə aid olan bu rənglər isə bir çox insanın ruhuna xitab edir.

Ağ divarlarda dekor əşyalardan adətən rəsm, fotoşəkillər asılır. Həmçinin müxtəlif fiqur və ya kobud xam ağacdan əşyalar, divan ,stul üzərinə atilmış və ya döşəməyə sərilmiş heyvan dərisi də populyardır. Skandinaviya interyerlərində canlı bitkilər nadir hallarda görünür, lakin quru budaqlardan kompozisiyalara tez-tez rast gəlmək olar. Skandinaviya üslubunda dekora ümumi tələb mülayim və təbiilikdir.

Skandinaviya üslubunun üstünlüklərindən biri səliqəliliyə qarşı tələbsizlikdir. Bu interyerdə istifadə olunan əsas material ağacdır.