Əgər həyatınızda “Mənzil təmiri” adlı irimiqyaslı bir hadisə yaxınlaşırsa, o zaman faydalı məsləhətlərdən yararlanmaq artıq olmayacaq. Tədbirlər planınıza bir neçə sınaqdan keçirilmiş məsləhəti əlavə etməyi təklif edirik.
Hər hansı bir mənzilin təmiri ciddi bir biznes layihəsi kimidir, onun konsepsiyası, planı, qrafiki və smeta dəyəri olmalıdır. Mənzili sıfırdan təmirsiz şəkildə əldə etdiyiniz zaman və ya bütün mənzilin təmirinə başlanılanda ümumi plan hər bir otaq üçün ayrıca mini-layihələrdən ibarət olacaq. Tapşırıq çətin, lakin yerinə yetirilə biləndir. Məsləhətlərimiz sizə təmir üçün vacib olan yeni nüansları xatırladacaq və bəlkə də yeni kəşflər etməyinizə şərait yaradacaq.
Məsləhət 1: Hər zaman ehtiyatda vəsait saxlayın.
Qiymətləndirmə apararkən, məbləği həmişə lazım olduğundan bir az daha çox hesablayın və ya "gözlənilməz xərclər üçün" adında ayrıca sütun yaradın. Bu, təmir prosesində sizi xoşagəlməz maliyyə sürprizlərindən xilas edəcək. Çox tələb olunan bəzi tikinti materialları (astar, dübeller, mismarlar, boyalar) gələcəkdə axtarışlar zamanı vaxta qənaət etmək üçün artıü götürülməlidir.
Məsləhət 2: Təmir üçün əlverişli tarixləri seçin.
Təmirə qış mövsümünfə başlamaq sizə nisbətən ucuz başa gələ bilər. Məhz o zaman bazarda durğunluq görünür və qiymətlər tez-tez azalır.
Məsləhət 3: Yenidən layihələndirmə ilə bağlı razılıq əldə edin.
Divarı sökməzdən və ya böyük bir cakuzi gətirməzdən əvvəl, layihənizi müvafiq orqanlarla razılaşdırmağa dəyər. İcazəsiz yenidənqurma bir çox xoşagəlməz nəticələrə səbəb ola bilər.
Məsləhət 4: Xərc maddəsinə nəzarət edin.
Bu, xüsusilə işçilərdən ibarət xüsusi komanda ilə işləyənlər üçün doğrudur. Onlarla birlikdə tikinti materialları üçün alış-verişə getməyə çalışın, çünki bəzi təmirçilər smetada xərclənəndən daha çox yaza bilər. Daha güvənilir olması üçün kassirdən qəbz də istəməyi unutmayın.
Müxtəlif endirimlər və satışlar haqqında bilgili olun, əks halda çoxlu lazımsız əşyalar ala bilərsiniz. Eyni səbəbdən, tikinti məhsullarını canlı görənə qədər onlayn sifariş verməyin.
Məsləhət 5: Otaqların istiqamətini nəzərə alaraq rəng seçin.
Mütəxəssislər evdə həm soyuq, həm də isti rənglərdən istifadə etməyi məsləhət görür. Otaqların palitrası üzərində düşünərək, onların yerləşdiyi yer və gün işığının miqdarını nəzərə aldığınızdan əmin olun. Məsələn, mənzilin şimal, qaranlıq tərəfi isti rəng çalarları ilə "isidilə bilər", soyuq rənglər isə evin cənub, günəşlə dolu künclərində istiliyi azaldacaq.
Məsləhət 6: İstilik və səs izolyasiyasına qənaət etməyin.
Təmirin ilkin mərhələsində bir mənzilin izolyasiyası və ya lazımsız səs-küydən qorunması ilə məşğul olmaq daha yaxşıdır. Bu işləri yenidən görmək asan olmayacaq, ona görə də ucuzluğun dalınca qaçmayın.
Məsləhət 7: Üslubun harmoniyasını qoruyun.
Müxtəlif üslublu otaqlar kolleksiyasına bənzəyən mənzil yalnız rahatlığını deyil, həm də vizual görüntüsünü itirir. Mütəxəssislərin məsləhətinə görə, bütün interyer üçün bir üslub seçmək yaxud bəzək və dekorasiyada eyni elementlərdən istifadə edərək müxtəlif otaqları birləşdirmək daha yaxşıdır.
Hazır yaşayışlı layihəmiz olan Teras Park-dan mənzil əldə edərkən məsləhətlərimizdən yararlana, təmir prosesini daha rahat və azyorucu bir prosesə çevirə bilərsiniz.