İnteryer: Zen üslubu

content-img
Nəşr olunma tarixi: 2021-05-30

İnteryer rubrikasının ilk qonağı Zen interyeri – buddizmin zen fəlsəfəsinin maddi ifadələrindən biridir. Adi əşyalarda gözəlliyi görmək bacarığı, zaman axarının duyğusu, öz adi görünüşündə təbii materialların gözəlliyi, əşyaların mahiyyətinin anlanılması, insan və təbiət əsərlərinin arasındakı hüdudların silinməsi və, əlbəttə, boş məkanın və sükutun gözəlliyi və dəyərini dərk etməsi, şüurun əhvalını sanki həmin zen adlanan hissedilməz uçuş və dinclik duyğusuna yaxınlaşdırmağa imkan verir.

İnteryerin sadəliyi, gərəksiz əşyaların olmaması, dekor və interyer nümunələri kimi təbii elementlərin istifadəsi Zen üslubun əsasını təşkil edir. Nizam və simmetriya məkana harmoniya əlavə edir. Ağac, daş, bitki, su zen üslubunun interyerinə təbii rənglər bəxş edir. Zen formaları sadə və minimaldır. Əsas materialları ağac və daş təşkil edir, onların təbii gözəlliyi gizlədilmir, əksinə müvafiq emal ilə vurğulanır. 

Zen üslubunun işiqlandırması otağın bütün guşələrə çatan günəş işığıdır. Axşam saatlarında – “bura və indi” üçün vacib olanı göstərən və ətrafında indiki an üçün “mövcud olmayan”ı torana salan mülayim dağınıq lokal işıqdır.

Mənbə: https://designmarket.az/