Daxili kredit sərfəlidirmi?

content-img
Nəşr olunma tarixi: 2021-12-16

Daxili kredit sərfəlidirmi?

Yeni  ailə qurulduğu zaman və ya ailədə artım gözlənildikdə yeni mənzilin əldə edilməsi məsələsi xüsusilə aktuallaşır. Hazırda öz yuvasını qurmaq və həyatlarını sərbəst bir şəkildə davam etdirmək istəməyən cütlük tapmaq çətindir. Bəs maliyyə imkanları sizə mənzil almağa imkan vermirsə? Xüsusilə belə hallar üçün mənzil alınmasının həyata keçirilməsinə kömək edən çoxlu kredit proqramları təklif edilir. Bununla belə, bir çoxu daxili kredit, yoxsa ipoteka kreditləşməsinə üstünlük verilməsinin daha yaxşı olması ilə bağlı qərar verməkdə çətinlik çəkir.

Bu yazıda ipoteka kreditinə girib uzun illər “borc” ödəmək istəməyənlər üçün daxili kreditin həqiqətən də sərfəli tərəfləri haqqında danışacağıq. Əgər maliyyə imkanlarınız mənzili nağd əldə etməyə uyğun deyilsə, kirayədə qalaraq isə aylıq etdiyiniz ödənişlərin sonunda həmin evə sahib olmamağınız sizi qane etmirsə, bu zaman tək yol kredit seçimi olaraq qalır.

Daxili kreditin bir sıra üstünlükləri var:

  • Kreditin verilməsi ilə bağlı qərar daha sadə şərtlərlə və rahat bir şəkildə verilir;
  • Borcalan üçün tələblər, sənədlər (iş yerindən arayış, zamin, girov və s.) də daxil olmaqla, daha azdır;
  • Kreditin faizsiz olması, yaxud faiz dərəcəsinin çox az olması.

Daxili kreditlə mənzil alışı zamanı alıcı və şirkət arasında alqı-satqı müqaviləsi bağlanır və ödəmə müddətləri müəyyən edilir. Bu, bir sıra hallarda müqavilənin özündə göstərilir,  bəzən isə ödəniş qrafiki tərtib olunur.

Alıcı aylıq ödənişləri etdikcə ona qəbz verilir, ödəniş tamamilə yekunlaşdıqdan sonra isə evin dəyərini tam ödəməsi barədə maliyyə arayışı təqdim olunur.

Bu və digər nüansları nəzərə alaraq daxili kreditin daha qısa və uyğun şərtlərlə mənzil əldə etmək istəyənlər üçün ideal bir variant olduğunu qeyd etmək mümkündür. Daxili kreditlə mənzil əldə etmək istəyənlər üçün SR Construction tərəfindən təqdim edilən şərtləri dəyərləndirib, qərar verə bilərsiniz.

SR Construction uzun illərdir uğurla fəaliyyət göstərən tikinti şirkətidir. Kompaniyanın əsas məqsədi geniş, işıqlı, müasir və təhlükəsiz yaşayış binaları inşa etməkdir. Şirkətin layihələri sırasına Teras Park, Ahmadli Park, Central Towers kimi premium yaşayış kompleksləri daxildir. Hər bir kompleksin sərfəli daxili ipoteka şərtləri vardır.

Daxili kreditlə mənzil əldə etmək istəyənlər üçün bu müddət 12-36 ay arasında dəyişir. İlkin ödəniş alıcının seçiminə uyğun olaraq 30-50% ola bilər.

Bu sərfəli imkandan siz də yararlanaraq yeni mənzil sahibi olun!